+994 70 2933969 Azərbaycan
| 24/7
+994 70 2933969

Bakı-Minsk aviabiletləri

Popular aviareyslər

Bakı-Minsk təyyarəsinə biletlər

Bakı-Minsk aviabiletləri hər zaman yüksək tələbata malik olub, çünki təyyarə Belarusun paytaxtına çatmaq üçün ən sürətli və ən rahat vasitədir. Yerdəyişməsiz, bir tərəfə cəmi 3.5 saata çatmaq olar. Minsk öz təmizliyi, keyfiyyətli ərzaq və kosmetik vasitələri ilə bütün dünyada turistləri cəlb edir. Həmçinin məhz burada bir çox beynəlxalq konfrans və digər tədbirlər keçirilir. Bir çox səyahətçilər Minsk şəhərini Avropaya tranzit nöqtəsi kimi istifadə edir. Buradan Litva, Latviya və Polşaya asan şəkildə getmək olar. Bütün turistlər bilir ki, fors-major halları olmadan keçən, uğurlu səyahətin zəmanəti düzgün planlaşdırmadır. Bizim iş siyahımızda birinci bənd isə Bakı-Minsk biletlərinin alınması olmalıdır. Bu işə nə qədər tez başlasanız, uğurlu variantı tapmaq şansınız da bir o qədər yüksək olar. Müxtəlif aviaşirkətlərin təklifləri həm qiymət, həm də uçuş şərtlərinə görə kifayət qədər fərqlənə bilər. Onlardan bir çoxları Bakı-Minsk biletlərinə qiymətləri tez-tez dəyişir, müxtəlif aksiyalar keçirir, daimi müştərilərinə endirimlər və s. güzəştlər təklif edirlər. Doğurdan da ən sərfəli biletləri yalnız bütün bu məlumatları izləyərək əldə etmək olar. Əvvəl bu çoxlu əmək və vaxt tələb edirdi. Çünki hər bir şirkətin səhifəsinə ayrılıqda daxil olmaq, aktual təklifləri axtarmaq və uçuş şərtlərini müqayisə etmək lazım idi. İndi onların hamısı bir yerdə - Trips.az portalında toplanmışdır! Biz artıq Sizin üçün ən uyğun Bakı-Minsk biletlərini əldə etməyə kömək edəcək müqayisəli cədvəli tərtib etmişik.


Müntəzəm Bakı-Minsk təyyarə uçuşları

Ölkəmizdən çoxsaylı insanların Belarusa uçduğu ilə əlaqədar olaraq, Bakı-Minsk biletlərini də bütün tarixlər üçün tapmaq olar. Bu istiqamətdə Azal, Belavia, МАУ, UTair kimi şirkətlər uçuşlar həyata keçirir. Onların hamısının təklifləri Trips.az-da bir cədvəldə toplanmışdır. Sadəcə tarixləri, sinifi, uçan şəxslərin sayını və sözsüz ki, Sizi Bakı-Minsk istiqamətinin maraqlandırdığını qeyd etməyiniz kifayətdir. Bundan sonra bu gün üçün keçərli olan bütün uçuş variantları təqdim ediləcək və Siz onları uyğun olan şərtlər üzrə düzə biləcəksiniz. İlk olaraq ən ucuz və ən sürətli uçuş təklifləri qeyd edilir. Həmçinin yerdəyişmələrin sayını, özü ilə baqaj götürmək imkanını, uçuş və eniş vaxtını nəzərə almaq olar. Bütün bunlar da səyahətin planlaşdırılmasına aiddir. Belə ki, Siz hazırda baqajın Sizə gərəkli olub-olmadığını bilmirsiniz və yalnız əl çantasını nəzərdə tutan ucuz bilet alırsınızsa, sonra hava limanında götürəcəyiniz daha böyük baqaj üçün indikindən daha çox pul ödəməli olacaqsınız. Özünüz üçün üstünlük təşkil edən filtrləri təyin etdikdən sonra, Siz qeyd edilən tarixlərə uyğun bütün reyslər haqda məlumat alacaqsınız. Buyurun, yalnız bilet almaq qaldı!


Bakı-Minsk biletlərinə olan bütün qiymətlər Trips.az-da

Trips.az portalında Bakı-Minsk biletlərini çox sərfəli qiymətə almaq olar. Sizin məlumatları filtr etdikdən sonra gördyünüz məbləğ - yekun qiymətdir və daha sonra Siz portalın təqdim etdiyi hər hansı xidmət üçün gizli qiymət artımları ilə rastlaşmayacaqsınız. Bundan əlavə olaraq biz hər zaman müştərilərimizlə əlaqə saxlayır, onlara reysləri ilə bağlı dəyişiklik olduğu təqdirdə məlumat verir və ödənişsiz baqaj sığortasını təmin edirik.

Bakı-Minsk təyyarə biletlərinin qiyməti bəzi amillərdən asılıdır. O həm çox aşağı, həm də olduqca yüksək ola bilər. Adətən qiymətlər aviaşirkətlərin proqram təminatının topladığı məlumatların analitik göstəricilərinə əsasən avtomatik təyin edilir. O məyyən tarixlərin məhşurluğunu, istiqaməti, təyyarənin dolmasını, müəyyən uçuş vaxtına olan tələbatı nəzərə alır. Əsasən qiymətlər uçuşa bir neçə həftə qalmış ən yüksək, öncədən sifariş zamanı isə ən aşağı həddə olur. Lakin bəzən aviaşirkətlər təcrübə keçirərək öz tariflərini dəyişirlər. Loukostlarla uçmaq və ikitərəfli biletlər almaq daha sərfəlidir. Amma sonradan əlavə xidmətlərə görə artıq vəsait ödəməmək üçün uçuş şərtlərini öyrənmək lazımdır. Trips.az portalında Siz Bakı-Minsk biletlərini ən sərfəli qiymətə alacağınızdan əmin ola bilərsiniz. Həmçinin biz dəqiq tarixlərə bağlanmadan, müəyyən vaxt aralığında olan təklifləri axtarmağınızı tövsiyyə edirik. Beləki, tarixlər arasında qiymət fərqi kifayət qədər yüksək ola bilər.

Trips.az sayəsində Siz Bakıdan uçan ən yaxşı aviaşirkətlərin bütün endirimləri, aksiyaları və digər əlverişli təklifləri haqda birinci xəbər tutacaqsınız.


Həmçinin baxın: Minsk - Bakı istiqamətinə

Vaxt fərqi

Minskdə

Uçuşun minimal vaxtı:


km