*7171 / +994 12 493 39 69
Azərbaycan
| 24/7

Bakı-Gəncə aviabiletləri

Popular aviareyslər
Bir istiqamətə, Ekonom - dan 241.32
Bir istiqamətə, Ekonom - dan 505.07
Bir istiqamətə, Ekonom - dan 381.67
Bir istiqamətə, Ekonom - dan 264.38
Bir istiqamətə, Ekonom - dan 286.25
Bir istiqamətə, Ekonom - dan 256.07
Bir istiqamətə, Ekonom - dan 521.77
Bir istiqamətə, Ekonom - dan 389.27
Bir istiqamətə, Ekonom - dan 315.12
Bir istiqamətə, Ekonom - dan 372.66
Daha çox
Bir istiqamətə, Ekonom - dan 153.8
Bir istiqamətə, Ekonom - dan 504.93
Bir istiqamətə, Ekonom - dan 393.2
Bir istiqamətə, Ekonom - dan 181.86
Bir istiqamətə, Ekonom - dan 213.04
Bir istiqamətə, Ekonom - dan 201.4
Bir istiqamətə, Ekonom - dan 696.69
Bir istiqamətə, Ekonom - dan 493.28
Bir istiqamətə, Ekonom - dan 280.82
Bir istiqamətə, Ekonom - dan 439.97
Daha çox

Bakı-Gəncə təyyarəsinə biletlər

Vaxtlarına dəyər verən azərbaycanlılar arasında Bakı-Gəncə biletlərinə böyük tələbat var. Gəncə yalnız yerli turistləri deyil, digər ölkələrin səyyahlarını da cəlb edən, ölkəmizin ikinci böyük şəhərdir. İlk növbədə, Gəncə qədim tarixə malik olan çox gözəl bir şəhərdir. Dünyanın hər yerindən insanların diqqətini çəkən məşhur Böyük İpək Yolu məhz bu şəhərdən keçir. Turistlər məhz burada əsl şərq qonaqpərvərliyi ilə müasir həyat çalarlarının vəhdətinin daha çox nəzərə çarpdığını qeyd edirlər. Bu şəhəri gəzmək üçün bir neçə gününüz varsa, ekskursiyalara laqeyd qalmayın və Hacıkəndi ziyarət edin. Bu möhtəşəm təbiətə malik olan qonşu qəsəbədir. Bakı ilə Gəncə arasında məsafə cəmi 370 km-dir, ona görə də ora getmək asandır. Lakin Siz vaxtınıza qənaət etmək, yola deyil, şəhərin öyrənilməsinə daha çox zaman ayırmaq istəyirsinizsə və ya iş görüşməsinə tələsirsinizsə, Bakı-Gəncə təyyarə biletlərini almaq olar. Bunu nə qədər tez etsəniz, biletləri münasib qiymətə əldə etmək şansınız da bir o qədər çox olacaq. Təyyarə biletlərinin sürətli və rahat alınması üçün Trips.az portalı yaradılmışdır. Burada Siz həm daxili, həm də beynəlxalq uçuşlar haqqında məlumatları tapa bilərsiniz. Aviaşirkətlərin təkliflərini öyrənib və Sizin üçün ən uyğun variantı seçib, Bakı-Gəncə biletlərini elə portalımızdan əldə etmək olar. Portal Sizə həm lazımi şəhərə çatmaq üçün ən sürətli, həm də Bakı-Gəncə istiqaməti üçün ən ucuz variantları təklif edəcək. Sizin üçün daha vacib olanı seçin və unudulmaz səfərinizi planlaşdırın!


Müntəzəm Bakı-Gəncə təyyarə uçuşları

Trips.az portalında Siz ətraflı və rahat uçuş cədvəlini tapa bilərsiniz. Onun sayəsində vaxtınızı planlaşdıra və Sizin üçün ən əlverişli uçuş variantını seçə biləcəksiniz. Axı, hər zaman aşağı qiymət rahatlıq demək deyil. Gəncə şəhərinə avtobusla da çox ucuz qiymətə getmək olar, amma bu, Sizin rahatlıq gözləntilərinizə cavab verəcəkmi? Əlbəttə ki, bu, ən sürətli uçuş variantını seçməli və bunun üçün əlavə vəsait sərf etməli olduğunuz demək deyil. Bütün aktiv təkliflər Trips.az portalında mövcuddur, Siz onları müqayisə edə və ən yaxşısını seçə bilərsiniz. Bakı-Gəncə daxili marşrutu üzrə biletlərin alınması heç vaxt bu qədər rahat olmayıb!


Trips.az-dan Bakı-Gəncə biletlərinə ən yaxşı qiymətlər

Bakı-Gəncə təyyarə biletlərinin qiyməti uçuşu həyata keçirən aviaşirkət tərəfindən müəyyən edilir. Adətən bu, bir çox faktorlar nəzərə alınaraq, avtomatik baş verir. Qiymətə uçuşa qalan müddət (özü də bu həm artım, həmdə ucuzlaşma gətirə bilər) müxtəlif ödəmələr və əlavə xidmətlər təsir edə bilər. Əgər Siz istirahət günlərinə uçursunuzsa və yalnız şəhəri gəzməyi planlaşdırmısınızsa, sadəcə əl çantasını nəzərdə tutan loukost tarifə əsasən Bakı-Gəncə bileti əldə edə bilərsiniz. Biletləri öncədən ikitərəfli istiqamətdə almaq da qənaət etməyə kömək edir, adətən, bu biletlər birtərəfli variantları axtarmaqdan daha ucuz başa gəlir. İstədiyiniz tarixlər üçün bilet qiymətləri Sizi qane etmirsə, bir neçə gün əvvəlki və ya bir neçə gün sonrakı tarixlərin tariflərinə də nəzər yetirin. Aviaşirkətlərin proqram təminatı müəyyən gün üçün təyyarənin tam dolacağı ehtimalının nə qədər olmasını analiz edir və bundan asılı olaraq, qiymət əhəmiyyətli dərəcədə dəyişə bilir. Siz uşaqla səyahət edirsinizsə, bilet axtardığınız zaman mütləq bu haqda məlumatı qeyd edin, çünki onlar üçün fərqli tariflər fəaliyyət göstərir. Trips.az portalında Siz asanlıqla Bakı-Gəncə biletlərinə ən yaxşı qiymətləri tapacaq və özünüz üçün bu heyrətamiz şəhəri kəşf edəcəksiniz!


Həmçinin baxın: Gəncə - Bakı istiqamətinə

Vaxt fərqi

Gəncədə

Uçuşun minimal vaxtı:

0 s 50 dəq
302.86 km


24 Aprel
+22°
25 Aprel
+26°
26 Aprel
+25°
27 Aprel
+25°
28 Aprel
+26°
29 Aprel
+26°
30 Aprel
+27°