+994 70 2933969 Azərbaycan
| 24/7
+994 70 2933969

Bakı-New York City aviabiletləri

Popular aviareyslər

Bakı-Nyu York təyyarəsinə biletlər

Bakı sakinlərindən kim Nyu Yorka getməyi xəyal etmir? Bu dünyada turistlər üçün ən cəlbedici şəhərdir. Burada hər şey var – mədəniyyət müxtəlifliliyi, gözəl təbiət, memarlıq, dadlı yeməklər. Nyu York fürsətlər şəhəridir və buraya dünyanın hər yerindən insanlar öz arzularının arxasıyca gəlir. Bizim hər birimiz bütün bunları uşaqlıqda filmlərdə görüb və bir gün reallığa çevirmək istəyirik. Sizin də ağlınıza bu fikir gəldisə, ilk olaraq Bakı-Nyu York biletlərini əldə etmək lazımdır. ABŞ digər qitədə yerləşir və bu səbəbdən də Azərbaycandan oraya getmək üçün yeganə vasitə təyyarədir. Nyu Yorka ən tez 14 saata çatmaq olar və bilmək lazımdır ki, ən sürətli uçuş variantı belə özündə heç olmasa bir yerdəyişməni nəzərdə tutur.

Sizin səyahətinizin gözləntilərinizə uyğun gəlməsi üçün onun planlaşdırılmasına öncədən başlayın. Bakı-Nyu York biletlərini uçuş günündən bir neçə ay əvvəl almaq daha yaxşıdır, lakin bəzən “isti təklif” də tapmaq mümkündür. Bu zaman əsas vizanızın və hər şeyi atıb, dərhal getmək istəyinizin olmasıdır. Uçma məsafəsi uzun olduğu üçün Bakı-Nyu York biletlərinin alınması səyahət büdcənizdə kifayət qədər önəmli yer tutacaq. Belə bir uzun səyahət rahat şəraitdə keçməlidir ki, Siz Nyu Yorka çatdıqda, çox da yorulmayasınız. Məhz bunun üçün səyahətin planlaşdırılmasına və Bakı-Nyu York biletlərinin alınmasına ciddi yanaşmaq, bütün mümkün olan təklifləri araşdırmaq, üstünlük verəcəyiniz göstəriciləri müəyyən etmək və ən uyğun uçuş variantını seçmək gərəkdir.

Bu işdə Sizə Trips.az portalı kömək edəcək. Biz Sizin üçün Azərbaycandan ABŞ-a uçan ən yaxşı aviaşirkətlər haqda bütün aktual məlumatları toplamışıq. İstifadəçilərin rahatlığı üçün bütün əldə olunan məlumat müqayisəli cədvələ yerləşdirilmişdir. Sizin üçün ən uyğun Bakı-Nyu York biletlərini tapmaq üçün təklifləri önəmli olan şərtlərə əsasən sıralamaq olar.


Müntəzəm Bakı-Nyu York təyyarə uçuşları

Bakı-Nyu York reysi Azərbaycan əhalisi arasında çox böyük populyarlığa malikdir və bu səbəbdən müntəzəm olaraq həyata keçirilir. Lufthansa, United, Аэрофлот kimi aviaşirkətlər sürətinə, uçuş vaxtına və şərtlərinə görə fərqlənən müxtəlif təkliflər təqdim edir. Trips.az-ın meydana gəlməsindən sonra Sizin ABŞ-a uçuşları həmin aviaşirkətlərin səhifələrinə ayrılıqda daxil olaraq axtarmağınıza, əldə etdiyiniz bütün məlumatların müqayisəsinə vaxt sərf etməyinizə ehtiyac qalmadı. Biz Sizin üçün bütün təklifləri bir yerdə toplamışıq.

Sadəcə portalımızda Sizi Bakı-Nyu York reysinin maraqlandırığını qeyd edin, bunadan sonra Siz bu gün üçün keçərli olan bütün mümkün təklifləri görəcək və onları Sizə önəmli olan göstəricilər üzrə filtr edə biləcəksiniz. Məsələn – çox güman ki, Sizə əl çantası deyil, baqaj lazım olacaq və bunu öncədən qeyd etmək lazımdır ki, sonradan loukost tariflərinə əsasən baqaj üçün əlavə pul ödəməyəsiniz. Həmçinin Siz öncədən özünüzə uyğun olan uçuş vaxtlarını qeyd edə və uyğun olmayan təkliflərə vaxtınızı sərf etməyə bilərsiniz.

Bizim müştərilərimiz hər zaman bir addım öndədirlər! Siz Nyu Yorka sərfəli səyahət imkanından əlavə biz tərəfdən reysinizdə olacaq bütün dəyişikliklərlə bağlı məlumat, telefon dəstək xətti və ödənişsiz baqaj sığortası ilə təmin ediləcəksiniz.


Bakı-Nyu York biletlərinə olan bütün qiymətlər Trips.az-da

ABŞ Azərbaycandan uçmaq üçün heç də ən ucuz ölkə deyil, bu səbəbdən Bakı-Nyu York biletlərini çox ucuz qiymətə alacağınıza ümid etməyin. Lakin bu o demək deyil ki, səyahət büdcənizin bu bölməsini Sizin üçün mümkün qədər uyğun etmək mümkün deyil.

Bakı-Nyu York biletlərini sərfəli qiymətə əldə etmək üçün səyahəti öncədən planlaşdırmaq və bütün aviaşirkətlərin təkliflərini daim izləmək lazımdır. Onlardan bir çoxu müştəriləri cəlb etmək məqsədi ilə aksiyaları, biletlərin böyük endirimlərlə satılmasını və s. nəzərdə tutan böyük marketinq kampaniyaları keçirirlər. Trips.az portalında Siz həm bütün qiymət dəyişmələrini izləyə, həm də səyahət üçün hansı tarixlərin uyğun olduğunu araşdıra bilərsiniz. Bakı-Nyu York aviabiletlərinin qiymətləri hətta bir şirkət daxilində müxtəlif günlər üçün tam fərqlənə bilər. Bu müəyyən tarixlərə olan tələbatın az olması və təyyarənin tam dolmamağı riski ilə izah olunur. Siz reysinizi təyin etdikdən dərhal sonra Trips.az xidmətləri üçün heç bir əlavə vəsait ödəmədən portalımızdan aviaşirkətin təyin etdiyi qiymətlə bilet əldə edə bilərsiniz.

Bizim portalımızda Siz bilet axtarışı üçün vacib olan istənilən filtrləri təyin edə, mürəkkəb marşrutları qeyd edə bilərsiniz. Yerdəyişmələrinizi özünüz planlaşdırırsınızsa, məsələn Azərbaycandan uçan aviaşirkətlərin yerdəyişmə etdiyi Frankfurtda daha çox vaxt keçirmək niyyətindəsinizsə, bunu portalımızda etmək çox asandır. Biz Sizin üçün ən rahat marşrutu seçəcək və səyahətin həqiqətən də unudulmaz olmasına kömək edəcəyik.

Yeni ölkə və şəhərləri Trips.az-la kəşf edin.


Həmçinin baxın: New York City - Bakı istiqamətinə

Vaxt fərqi

New York Citydə

Uçuşun minimal vaxtı:


km