*7171 / +994 12 493 39 69
Azərbaycan
| 24/7

Trips.az - da onlayn aviabiletlər

Təklif edilən qiymətlərə sonradan digər xərclər əlavə olunmur
Ödənişsiz baqaj sığortası
Aviareysdəki dəyişikliyə görə ödənişsiz məlumatlandırma
24/7 qaynar xətt
Faydalı məsləhətlər

Aviabiletlərin onlayn alınması: sərfəli, tez və qənaətlidir!

Səfərə çıxan hər bir kəs özü üçün daha rahat nəqliyyat növünü seçir. Bu - qatar, avtobus, avtomobil, təyyarə və s. ola bilər. Bu zaman sürət və qiymət diqqətə alınır. Bu işdə demək olar ki, həmişə aviauçuşlara üstünlük verilir. Təyyarə ən sürətli və təhlükəsiz nəqliyyat növü hesab olunur. Həm də aviabiletlərin qiyməti indi qatar biletlərinin qiymətindən çox da fərqlənmir. Cəmi bir-iki saata başqa bir ölkədə olmaq olar. Tez və rahat. Bir paytaxtdan digərinə keçmək üçün bütöv bir gün sərf etməyə ehtiyac yoxdur. Səhər təyyarəyə minib artıq günün yarısında başqa bir şəhərdə və ya hətta qonşu dövlətdə işgüzar görüşdə olmaq olar.

Təyyarə biletlərini haradan tez və ucuz əldə etmək olar?

Lakin “ucuz” nəqliyyatı heç də hamı və həmişə tapa bilmir. Ən ucuz aviabiletləri almaq üçün aviadaşıyıcıların təkliflərinə istiqamətlənmək lazımdır. Yaxın zamanlaradək bu cür imkan demək olar ki, ancaq kassalardakı bilet satıcılarında olurdu, lakin indi arzu edən hər bir kəs lazımi informasiya ilə internetdən tanış ola bilər. Bu, rahat və olduqca sadədir – kassaya getmək lazım deyil, kürsüdə oturub çay içə-içə istiqamətlər və reyslər haqqında məlumat almaq olar. Bu, xüsusən, təkcə aeroport deyil, hətta aviakassanın da olmadığı kiçik şəhərlər üçün aktualdır.

Ucuz aviabiletlərin axtarışı

Sərnişinlərin daşınması bazarında çoxlu sayda şirkətlər çalışır, buna görə də onların hamısının saytlarına baxmaq və qiymətləri müqayisə etmək fiziki cəhətdən real deyil. Sərnişinlərin həyatını yüngülləşdirmək üçün şirkətlərin rəsmi saytlarında aviareyslərin biletlərinin axtarışı ilə məşğul olan xüsusi resurslar mövcuddur.

Şəbəkədə axtarış servisləri çoxdur, lakin Trips bu kütlənin içərisindən əlverişliliyi ilə seçilir. Niyə məhz, bu sayt?

- Servis verilən parametrlər üzrə lazımi reysləri tez tapır.
- Daşıyıcılar əhatəsinin geniş diapozonu. Servis Azərbaycanda fəaliyyət göstərən coxlu şirkətlərin müxtəlif təkliflərini təqdim edir.
- Münasib variantı yalnız tapmaq deyil, həm də bron etmək (saxlatdırmaq) imkanı.
- Telefonla sutka boyu dəstək göstərmək kimi əlavə funksiyaların mövcudluğu.
- Aviabiletlərin aşağı qiymətləri. İstənilən kassadakından dəfələrlə ucuz başa gəlir.
- Rahat ödəmə sistemi.

Seçim zamanı nəyə diqqət yetirməli?

Axtarış zamanı bir neçə məqamı nəzərə almaq lazımdır:

- Həftənin günü. Çox vaxt şirkətlər qiymətləri çərşənbə axşamı, çərşənbə və şənbə günləri aşağı salırlar. Bu günlərdə ən əlverişli təklifləri tapmaq olar. Mövsümilik də mühüm rol oynayır. Qışda cənub istiqamətində onlayn aviabiletləri daha aşağı qiymətə almaq olar.
- Cox vaxt yerdəyişmənin hesabına uçuşda xeyli qənaət etmək olar. Əgər uzunmüddətli uçuş gözlənilirsə, onda gəzişmək və istirahət etmək üçün yerdəyişmə əla fürsətdir.
- Aviabiletləri bron etmək təkcə qənaət etməyə deyil, həm də cədvəlinizi öncədən qurmağa imkan verir.
- Əlavə servisdən imtina edib qənaət variantını seçmək olar. Əgər özünüzlə böyük baqaj götürməsəniz, onda təyyarə biletiniz daha kiçik məbləğə başa gələcək.

Loukostlar

Loukost-uçuş bütün dünyada olduqca məşhur təcrübədir. Azərbaycanın bəzi hava yolları müəyyən edilmiş marşrutlarda öz aşağı büdcəli şəxsi daşıma xətlərini işə salmışlar.

Loukostları fərləndirən əsas cəhətlər:

- 1 sərnişin sinfi.
- Göyərtədə əlavə avadanlığın əhəmiyyətli dərəcədə azaldılması, bu da yanacağa qənaət etməyə imkan verir.
- Mütəmadi yenilənən aviapark (yeni təyyarələr yanacağı daha qənaətlə sərf edirlər).
- Göyərtədə minimum pulsiz xidmətlər.
- Aviabiletləri yalnız onlayn sifariş vermək olar.

Belə reyslər tez və daha az xərclə lazım olan yerə çatmağa imkan verməklə yanaşı, əsasən, populyar istiqamətlərdə həyata keçirilir.

Aksiyalar və satışlar

Rəsmi şirkətlər çox vaxt hava daşımaları üçün ən yaxşı qiymətləri təklif etdikləri promo-aksiyalar keçirirlər. Bunun üçün də saytlardakı təkliflərin mütəmadi nəzərdən keçirilməsinin çox faydası var. Hansı aviaşirkətlərin tez-tez satışlar keçirdiyini öyrənmək isə artıqlıq etməz. Bizim servisimizlə hər şey daha sadədir – Siz həmişə bütün aksiya və endirimlərdən xəbərdar olacaqsınız!

Popular aviareyslər
Bir istiqamətə, Ekonom - dan 225.38
Bir istiqamətə, Ekonom - dan 462.33
Bir istiqamətə, Ekonom - dan 264.23
Bir istiqamətə, Ekonom - dan 803.33
Bir istiqamətə, Ekonom - dan 438.28
Bir istiqamətə, Ekonom - dan 358.13
Bir istiqamətə, Ekonom - dan 251.89
Bir istiqamətə, Ekonom - dan 475.91
Bir istiqamətə, Ekonom - dan 296.55
Bir istiqamətə, Ekonom - dan 415.38
Daha çox
Bizim tərəfdaşlar