+994 70 2933969 Azərbaycan
| 24/7
+994 70 2933969

Bakı-İzmir aviabiletləri

Popular aviareyslər

Bakı-İzmir təyyarəsinə biletlər

Bakı-İzmir təyyarə biletləri Trips.az istifadəçiləri arasında xüsusi marağa səbəb olur. Bu başadüşüləndir, axı İzmir - Homerin vətəni, çox gözəl və qədim şəhərdir, burada hər kəs özü üçün maraqlı və ilhamlandırıcı bir yer tapa bilər. Burada valehedici təbiət, işti Eqey dənizi, digər tərəfdən isə möhtəşəm dağ massivləri var. İzmirə həm ekskursiyalar və şəhər gəzintiləri, həm də ailəvi kurort istirahəti üçün uçurlar.

Səyahət zamanı gözlənilməzliklər və fors major halları ilə rastlaşmamaq üçün onun planlaşdırılmasına məsuliyyətlə yanaşmaq lazımdır. İlk olaraq Bakı-İzmir təyyarəsinə bilet almaq gərəklidir. Adətən uçuş gününə bir neçə ay qalıbsa, onların qiymətləri sərfəlidir. Lakin bu qiymətə təsir edən yeqanə göstərici deyil. Müasir aviaşirkətlər müştəriləri cəlb etmək üçün möhtəşəm marketinq kampaniyaları keçirir, qiymətlərin yenilənməsi isə bu kampaniyaların bir çox elementlərindən yalnız biridir. Uçuş üçün Sizə uyğun olan aviabiletləri tapmaq və əldə etmək yalnız bütün aviaşirkətlərin təkliflərini araşdırdıqdan və müqayisə etdikdən sonra mümkündür. Artıq bunu Sizin özünüz etməyinə ehtiyac qalmadı!

Trips.az portalı bu istiqamət üzrə olan bütün məlumatları Sizin üçün toplayacaq və Siz dərhal Bakı-İzmir biletlərini ən sərfəli şərtlərlə əldə edə biləcəksiniz. Portalımızın filtr etmə xüsusiyyətinə görə Siz nəinki ən ucuz biletləri əldə edə, həm də səyahətinizin rahat keçəcəyinə əmin ola bilərsiniz.


Müntəzəm Bakı-İzmir təyyarə uçuşları

Bakı-Izmir təyyarə reysinə yüksək təlabat olduğu səbəbilə Turkish Airlines, Qatar, Аэрофлот kimi məhşur şirkətlər onu müntəzəm olaraq həyata keçirirlər. İzmirə ən qısa zamanda təyyarə vasitəsilə, cəmi 6 saata, İstanbulda kiçik yerdəyişmə etməklə çatmaq olar. İndi Sizin bütün aviaşirkətlərin təkliflərini ayrı-ayrılıqda izləməyinizə və hər hansı sərfəli təklifi qaçırmaq riski ilə üz-üzə qalmağınıza ehtiyac yoxdur, axı bütün təkliflər artıq Trips.az-da cəmlənmişdir. Sadəcə Bakı-İzmir reysi ilə maraqlandığınızı qeyd edin və portal Sizə ən ucuz və sürətli variantları təqdim edəcək. Bütün tapılan təkliflər prioriteti Sizin təyin edəcəyiniz, müqayisəli cədvəldə təqdim ediləcək. Məsələn burada müəyyən edilmiş vaxt ralığında, bir neçə yerdəyişmə etməklə olan təklifləri nəzərdən keçirmək olar. Həmçinin öncədən Sizə uyğun olan maksimal qiyməti təyin etmək mümkündür. Bileti əldə etməmişdən öncə, seçdiyiniz aviaşirkətin uçuş şərtləri ilə mütləq tanış olun, əsasən də ucuz qiymətə bilet aldığınız təqdirdə. Qiymət endirimləri çox vaxt özü ilə müəyyən məhdudiyyətlər gətirir. Axı Siz İzmirə ailənizlə birgə istirahətə uçursunuzsa, çətin ki, Sizi tam baqaj xidməti olmayan uçuş şərtləri qane etsin. Bəzən müəyyən sinifə aid olan, yüksək baqaj tutumunu və təyyarədə yer seçimini nəzərdə tutan biletlərin öncədən əldə edilməsi, sonradan bu xidmətlər üçün hava limanında əlavə vəsait ödənilməsindən daha sərfəlidir. Trips.az portalı gizli artırmalar olmadan, yekun qiymətləri əks etdirir. Əlavə olaraq, biz Sizin baqajınızı ödənişsiz siğorta edir və hər zaman Sizə məsləhət verməyə və ya kömək etməyə hazırıq.


Bakı-İzmir biletlərinə olan bütün qiymətlər Trips.az-da

Bakı-İzmir uçuş biletlərinin qiymətləri bir çox amillərdən asılıdır. Sözsüz ki, önlardan ən əsası uçuş gününə qalan vaxtdır. Həmçinin qiymətə bir çox ödənişlər və aviaşirkətlərin təqdim etdiyi əlavə xidmətlər daxildir. Qənaət etmək üçün Bakı-İzmir-Bakı biletlərini öncədən almaq, ən uzun uçuş variantını seçmək və baqajdan imtina etmək olar.

Trips.az portalı Sizə rahatlığınızı və əlavə xidmətləri itirmədən, Bakı-İzmir təyyarə biletlərini ən ucuz qiymətə əldə etməyə kömək edəcək. Bizimlə Siz bütün təklifləri bir yerdə gördüyünüz və hər aviaşirkətin səhifəsini ayrılıqda araşdırmadığınız üçün vaxtınıza da qənaət edəcəksiniz. Bakı-İzmir biletlərinin qiyməti demək olar ki, hər gün dəyişə bilər, axı aviaşirkətlər öz reyslərinin populyarlığını yoxlayır, statistik hesabatlar aparır və müəyyən gün üçün təyyarənin nə dərəcədə dolacağını təxmin edirlər. Həmçinin aviaşirkətlər müştəriləri endirimlər, aksiyalar və sevindirici bonuslarla cəlb etməyi sevirlər. Sözsüz ki, Trips.az istifadəçiləri də bu haqda məlumatları qaçırmayacaqlar!

Əgər qısa zamanda, ucuz və rahat uçmaq istəyirsinizsə

- Trips.az-a daxil olun!


Həmçinin baxın: İzmir - Bakı istiqamətinə

Vaxt fərqi

İzmirdə

Uçuşun minimal vaxtı:


km