+994 70 2933969 Azərbaycan
| 24/7
+994 70 2933969

Bakı-Milano aviabiletləri

Popular aviareyslər

Bakı-Milan təyyarəsinə biletlər

Trips.az portalının istifadəçiləri tez-tez Bakı-Milan biletlərini axtarırlar. İtaliyanın moda və maliyyə mərkəzi hər zaman turistləri özünə cəlb etmişdir və bu yalnız burada bir çox tədbirlərin keçirilməsi ilə əlaqədar deyil. Bu şəhər hətta ən tələbkar səyahətçini valeh edə biləcək, qədim və qeyri adi memarlığa malikdir. Milan İtaliyanın paytaxtı olmasa da, bu ölkəyə səyahət etmək istəyən insanın ağlına yəqin ki, ilk olaraq məhz bu şəhər gələcək.

Bakıdan Milana bir neçə üsulla çatmaq olar, amma onların arasında ən tez və rahat olanı - təyyarədir. İtaliyaya uçuşlar kifayət qədər tez-tez həyata keçirilir. Uçuş yerdəyişmələrin sayından asılı olaraq, 5 saata qədər davam edir.

Hər bir turist bilir ki, səyahətin fors-major halları olmadan keçməsi və rəngarəng xatirələrlə yadda qalması üçün onu dəqiqliklə planlaşdırmaq lazımdır. Əsasən də bu məhdud büdcəyə malik olan və ehtiyac duyulmayan xidmətlər üçün əlavə vəsait ödəmək istəməyən səyahətçilərə aiddir. Səyahətin planlaşdırılması Bakı-Milan biletlərinin alınmasından başlamalıdır. Qiymətə təsir edən amillərin çoxluğu ilə əlaqədar olaraq, səyahət büdcənizin məhz bu bölməsi həm kifayət qədər kiçik, həm də olduqca böyük ola bilər. Aviaşirkətlər yeni müştərilərin cəlb edilməsinə hesablanmış bir çox marketinq tədbirləri həyata keçirirlər və qiymət burada heç də həmişə əsas amil deyil. Uçuş üçün ən uyğun təklifi seçmək və Bakı-Milan istiqamətində ən sərfəli biletləri almaq yalnız bütün aktual təkliflərin siyahısnın tərtib edilməsi və müqayisəli araşdırma aparılması ilə mümkündür. Təcrübədə isə bu həddindən artıq çox vaxt tələb etdiyindən bir çox insanlar Bakı-Milan biletlərini sədəcə ilk ağıla gələn aviaşirkətdən alırlar.

Trips.az portalı Sizin həm vaxtınıza, həm də punuza qənaət edər. Məntiqcə bu Bakı-Milan aviabiletlərinin ən rahat və ucuz əldə edilməsinə kömək edən, həmçinin aviaşirkətlərin bütün təkliflərini özündə cəmləyən yeganə toplayıcı portaldır.


Müntəzəm Bakı-Milan təyyarə uçuşları

Bakı-Milan uçuşları Azal, Аэрофлот, Turkish Airlines və digər aviaşirkətlər tərəfindən müntəzəm şəkildə həyata keçirilir. Onların hər birinin həm uçuş və enmə vaxtı, həm də uçuş zamanı əlavə rahatlığın təmin edilməsi ilə bağlı xüsusi şərtləri var. Trips.az portalında Sizə sadəcə maraqlandığınız istiqaməti, təxmini tarixləri və səyahətçilərin sayını qeyd etmək kifayətdir. Biletləri dərhal Sizə uyğun olan kategoriya üzrə filtr etmək mümkündür. Sizi biletin qiymətindən savayı heç bir amil maraqlandırmırsa, Trips.az Sizə Bakı-Milan biletlərindən hansının ən ucuz olduğunu dərhal göstərəcək. Həmçinin ən az zaman tələb edən təklifi seçmək və ya biletləri digər amillər üzrə filtr etmək olar. Məsələn Siz İtaliyaya yalnız istirahət günlərinə gedirsinizsə, kiçik əl çantası ilə də kifayətlənə bilərsiniz. Amma Milan tanınmış alış-veriş paytaxtıdır və Siz dükanları gəzmək fikrindəsinizsə, hava limənında yükünüz üçün əlavə vəsait ödəməkdənsə, öncədən baqajı nəzərdə tutan bilet almağınız daha məqsədəuyğundur. Bu Sizə iki dəfə daha ucuz başa gələcək.


Bakı-Milan biletlərinə olan bütün qiymətlər Trips.az-da

Bakı-Milan biletlərini ən sərfəli qiymətə məhz Trips.az-da əldə edə bilərsiniz. Bizdə Siz portalın xidmətləri üçün heç bir əlavə qiymət artırmaları olmadan, uçuş üçün yekun qiyməti görürsünüz. Həmçinin biz Sizin baqajınızı ödənişsiz sığorta edəcək və reysinizlə bağlı hər hansı dəyişiklik olarsa, Sizi bu haqda məlumatlandıracağıq. Hətta bir aviaşirkət daxilində Bakı-Milan biletlərinin qiymətinə bir çox amil təsir edir və uçuş gününə qalan vaxt isə heç də həmişə əsas rol oynamır.Bəzən operatorlar biletlərin erkən satışı üçün aksiya keçirir, bəzən isə vaxtın lap az qaldığı zaman təyyarənin tam dolmadığı üçün qiymətləri endirirlər. Həmçinin öncədən hər iki istiqamətə bilet almaqla qənaət etmək olar. Trips.az portalı Sizə dərhal ən ucuz və uçuşu ən qısa zaman ərzində həyata keçirildiyi biletlərin siyahısın təqdim edəcək, Siz isə sonra səyahət üçün tələb olunan əlavə məlumatları qeyd etməklə, təklifləri filtr edə bilərsiniz. Artıq Sizin bu istiqamət üzrə hansı şirkətlərin uçduğunu, tarixlər və uçuş şərtləri ilə bağlı məlumatı axtarmağınıza ehtiyac yoxdur - Trips.az bütün bu məlumatları artıq Sizin üçün toplamışdır.

Nəzərə alın ki, Bakı-Milan biletlərinin qiymətləri müxtəlif tarixlərdə fərqli ola bilər. Bu səbəbdən planlaşdırdığınız tarixlərlə qonşu olan günlərdə də biletlərin qiymətini araşdırmaq lazımdır. Bəzən fərq o qədər böyük olur ki, uçuş tarixini dəyişmək daha məqsədəuyğundur. Bu qiymət fərqləri aviaşirkətlərin planlaşdırma üzrə mütəxəsislərinin müəyyən gün üçün təyyarənin nə dərəcədə dolacağı ilə bağlı verdiyi rəyə əsaslanır.

Trips.az müştəriləri İtaliyaya uçuşları həyata keçirən şirkətlərin xəbərlərini, endirmlərini, aksiyalarını və xoş bonuslarını heç bir halda qaçırmayacaqlar. Bizimlə səyahət etmək daha asan oldu!


Həmçinin baxın: Milano - Bakı istiqamətinə

Vaxt fərqi

Milanoda

Uçuşun minimal vaxtı:


km